Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1359
02.06.2021, 22:50
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verib.
BiG.AZ xəbər verir ki, artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.
Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra "Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və ardınca təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.
Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn (elektron) qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) "Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" bölməsinə daxil olaraq "Elektron arayışlarım" alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur.
Elektron xidmətin istifadə qaydası ilə bağlı videotəlimatla aşağıdakı linkə keçid etməklə (//bit.ly/3uKlHGU) tanış olmaq olar.
Müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur.
İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir./Metbuat.az
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.