Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54826
az

ÖLÜM SAÇAN İSTİLƏŞMƏ: Parazitlər beyinləri yeyəcək və… – QORXULU PROQNOZ

22:2402 İyun, 2021
711
REDAKTORUN SEÇİMİ
  • A

Qlobal istiləşmə səbəbindən istiliyi artan sularda beyin yeyən amöblər və digər bakteriyalar sürətlə çoxala bilər.

oxu24.om  Publika.az-a istinadla xəbər verir ki, Amerika alimləri istiliyi artan göl və çay kimi şirin suların beyin yeyən “Naegleria fowleri” kimi amöblər gətirərək insanlara zərər verəcəyini bildiriblər.

Cənubi Florida Universiteti yoluxucu xəstəliklər mütəxəssisi, professor Sandra Qompf “ət yeyən bakteriya” olaraq tanınan duzlu su mikrobu “Vibrio vulnificus” və şirin sulardakı “Naegleria fowleri” kimi təhlükəli parazitlərin qlobal istiləşmə nəticəsində istilənən sularda arta biləcəyilə bağlı fikirlər səsləndirib. O, son 10 ildəki müşahidələrinə əsasən güclü sellərin bu suların yayılmasını daha da asanlaşdıracağını deyib.

Kaliforniya Universitetinin professoru Yun Şen də həddindən artıq quraqlıq yaşanan bölgələrdəki su ehtiyatlarında artma potensialı yüksək olan parazitlərin şəhərlərin su şəbəkələrinə də qarışma ehtimalının olduğunu bildirib.

Beyində infeksiyaya gətirib çıxaran və ümumiyyətlə, ölümcül olan, tək hüceyrəli “Naegleria fowleri” amöbü insan bədəninə burun yoluyla keçir. Əksərən göl, çay və kanal kimi şirin sularda olan bu bakteriya insandan insana keçmir.

Duzlu sularda yaşadığı bilinən “Vibrio vulnificus” bakteriyası isə ishal başda olmaqla qan dövranı infeksiyası və qanqrena yarada bilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var