Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
775
21.05.2021, 18:34
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
May ayının 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.
Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışlar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülmüşdür.
Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər.
Bununla yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.