Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu QADAĞALAR LƏĞV OLUNA BİLƏR - Həkim AÇIQLADI (VİDEO)

Azərbaycanda bu QADAĞALAR LƏĞV OLUNA BİLƏR - Həkim AÇIQLADI (VİDEO)

REDAKTORUN SEÇİMİ

1707

19.05.2021, 22:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yaxın günlərdə karantin rejimi ilə bağlı yumşalmaların olacağı gözlənilir”.

Bunu Oxu24.com-a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, yumşalma ilə bağlı qərarın verilməsi üçün hazırda ölkəmizdə münbit şərait yaranıb: “Qarşıdan “Formula-1” Azərbaycan Qran-prisi gəlir. Eyni zamanda futbol üzrə Avropa çempionatının oyunları da Bakıda keçiriləcək. Bu baxımdan düşünürəm ki, yaxın günlərdə yumşalma olacaq. Bununla bağlı qərarın verilməsi üçün hazırkı epidemioloji vəziyyət imkan verir. Vəziyyət münbitdir. Hər kəs yumşalmanın olacağını gözləyir. Ona görə də bu qərar gözləniləndir və çox böyük ehtimalla da olacaq”.

Ə.Rüstəm qeyd edib ki, son günlər virusa yoluxanların sayı azalıb və bu da yumşalma ilə bağlı qərarın verilməsinə təsir edəcək: “Yoluxmalar gündən-günə azalacaq. Ölüm hallarının da azaldığını müşahidə edirik. Ölənlərin sayı qarşıdakı günlərdə daha da azalacaq və sağalanların sayı artacaq. Vaksinasiya da aparılır. Bu baxımdan yumşalma tədbirləri üçün münbit şərait yaranıb”.

Həkim metropolitenin fəaliyyətə başlamasını, toyların keçirilməsini və çimərliklərin açılmasını da məqbul hesab edir.