Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3083
22.03.2021, 12:25
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E.Məmmədov ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
10:08 / 13 Noyabr 2026
8
10:02 / 13 Noyabr 2026
26
09:51 / 13 Noyabr 2026
61
09:46 / 13 Noyabr 2026
355
09:44 / 13 Noyabr 2026
63
09:38 / 13 Noyabr 2026
72
09:34 / 13 Noyabr 2026
99
09:33 / 13 Noyabr 2026
59
09:31 / 13 Noyabr 2026
64
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
798
01:42 / 13 Noyabr 2026
47
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1695
23:51 / 12 Noyabr 2026
215
23:40 / 12 Noyabr 2026
277
23:34 / 12 Noyabr 2026
141
23:24 / 12 Noyabr 2026
1098
23:20 / 12 Noyabr 2026
143
23:19 / 12 Noyabr 2026
150
23:18 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.