Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü yanğın: Yaralılar var

Bakıda güclü yanğın: Yaralılar var

REDAKTORUN SEÇİMİ

2481

22.03.2021, 08:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə Oxu24.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;