Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
11011
21.03.2021, 20:42
Sabahdan Azərbaycanda vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq.
Oxu24.com xəbər verir ki, martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.
Peyvəndləmə prosesi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə mərhələli şəkildə davam edir.
Vətəndaşlar //randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün "COVID-19 vaksin randevu" elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Xatırladaq ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkəmizdə Çin istehsalı olan "CoronaVac" peyvəndindən istifadə olunur.
Həmçinin izlə: Gizli kameraya düşənlər izləyənləri şoka saldı: Görün,nələr oldu
10:08 / 13 Noyabr 2026
8
10:02 / 13 Noyabr 2026
26
09:51 / 13 Noyabr 2026
61
09:46 / 13 Noyabr 2026
355
09:44 / 13 Noyabr 2026
63
09:38 / 13 Noyabr 2026
72
09:34 / 13 Noyabr 2026
99
09:33 / 13 Noyabr 2026
59
09:31 / 13 Noyabr 2026
64
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
798
01:42 / 13 Noyabr 2026
47
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1695
23:51 / 12 Noyabr 2026
215
23:40 / 12 Noyabr 2026
277
23:34 / 12 Noyabr 2026
141
23:24 / 12 Noyabr 2026
1098
23:20 / 12 Noyabr 2026
143
23:19 / 12 Noyabr 2026
150
23:18 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.