Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1200
02.03.2021, 11:17
Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.
Oxu24.com Avtosfer.az-a istinadən xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutaraq piyada keçidindən yolu keçməyə çalışır.
Yolun bir hissəsini keçdikdən sonra dayanır və avtomobillərin gözləməsinə baxır. Daha sonra isə yolu keçmək istəyir. Bu zaman sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü piyadaları vurur. Hadisə nəticəsində ölən olmasa da hər iki piyada xəsarət alır.
Hadisəyə nəzər saldıqda avtomobillərin nizamlanmayan piyada keçidində dayanmadığının şahidi oluruq. "VAZ" avtomobilindən əvvəl bir neçə sürücü piyadaya yol verməyərək keçir. Nəticədə isə analoji qəza baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də neqativ hallar hələ də müşahidə edilməkdədir:
"Şəhərdə intensivlik müşahidə olunan yerlərdə yol polisi əməkdaşları piyada keçidlərində belə xidmət aparır. Burada iki amil var. Həm hərəkətin intensivliyinin saxlanması, həm də piyadaların təhlükəsiz şəraitdə yolu keçməsini təmin etmək əsas məqsəddir. Eyni zamanda vaxtaşırı mətbuat vasitəsilə sürücü və piyadalara müraciətlər olunur. Onlara təhlükəsizlik qaydaları izah edilir".
Vaqif Əsədov qeyd edib ki, yol polisi piyadavurma hadisələri ilə bağlı, demək olar ki, gündəlik olaraq videogörüntüləri təhlil edir, əsas problemləri aşkar edərək əvvəlcədən tədbirlər görməyə çalışır".
Bölmə rəisi deyir ki, piyadavurma hadisələri daha çox keçidlər və onlara yaxın ərazilərdə baş verir: "Ötən il 13 piyadavurma hadisəsi məhz elə piyadanın günahı ucbatından baş verib. Nəticədə ölüm olmasa da ciddi xəsarətlə yekunlaşıb.
Sürücülərə bir daha müraciət edərək demək istəyirəm ki, hərəkət etdiyi yolda piyada keçidini görən zaman mütləq sürəti azaltsınlar. Hətta yolda heç kim olmasa da bir anlıq dayansınlar. Eyni zamanda piyadalar da avtomobilin dayandığına əmin olduqdan sonra yolu keçsinlər".
17:43 / 13 Noyabr 2026
17
17:30 / 13 Noyabr 2026
45
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
93
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
112
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
210
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
102
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
114
14:59 / 13 Noyabr 2026
247
14:50 / 13 Noyabr 2026
134
14:46 / 13 Noyabr 2026
116
14:33 / 13 Noyabr 2026
127
14:24 / 13 Noyabr 2026
619
14:17 / 13 Noyabr 2026
504
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.