Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
916
04.07.2020, 17:10
Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.
oXU24.COM xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası nəzərdə tutulan vaxtda olmayacaq.
Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməliydi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri gələcək günlərdə açıqlanacaq.
Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.
Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2020 superturniri də təxirə salınıb.
16:14 / 14 May 2026
1
16:08 / 14 May 2026
18
16:06 / 14 May 2026
22
16:01 / 14 May 2026
36
15:57 / 14 May 2026
38
15:45 / 14 May 2026
45
15:39 / 14 May 2026
56
15:32 / 14 May 2026
94
15:28 / 14 May 2026
64
15:17 / 14 May 2026
53
15:10 / 14 May 2026
63
15:06 / 14 May 2026
63
15:02 / 14 May 2026
133
14:58 / 14 May 2026
557
14:46 / 14 May 2026
65
14:29 / 14 May 2026
211
14:23 / 14 May 2026
119
14:17 / 14 May 2026
254
14:12 / 14 May 2026
110
13:57 / 14 May 2026
1053
13:51 / 14 May 2026
128
13:34 / 14 May 2026
78
13:32 / 14 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.