Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5178
04.07.2020, 11:51
Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etdiyi halda məsuliyyətə cəlb oluna bilər.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər:
"Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.
Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır.
Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur".
K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: "Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin".
15:28 / 14 May 2026
1
15:17 / 14 May 2026
19
15:10 / 14 May 2026
41
15:06 / 14 May 2026
41
15:02 / 14 May 2026
87
14:58 / 14 May 2026
332
14:46 / 14 May 2026
43
14:29 / 14 May 2026
163
14:23 / 14 May 2026
83
14:17 / 14 May 2026
210
14:12 / 14 May 2026
93
13:57 / 14 May 2026
897
13:51 / 14 May 2026
109
13:34 / 14 May 2026
67
13:32 / 14 May 2026
66
13:30 / 14 May 2026
60
13:27 / 14 May 2026
139
13:20 / 14 May 2026
67
13:08 / 14 May 2026
57
12:55 / 14 May 2026
68
12:44 / 14 May 2026
363
12:35 / 14 May 2026
89
12:28 / 14 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.