Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1335
03.07.2020, 14:48
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.
Bakı Nəqliyyat Agentliyindən Oxu24.com-a verilən məlumata görə, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir. Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edilib:
"Bildiririk ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir. Özünüzün və başqalarının sağlamlığının qorunması üçün qoyulan qaydalara əməl etmənizi, sosial məsuliyyət göstərmənizi xahiş edirik".
Həmçinin oxuyun
13:20 / 14 May 2026
1
13:08 / 14 May 2026
24
12:55 / 14 May 2026
32
12:44 / 14 May 2026
195
12:35 / 14 May 2026
42
12:28 / 14 May 2026
47
12:19 / 14 May 2026
281
12:03 / 14 May 2026
107
11:59 / 14 May 2026
67
11:46 / 14 May 2026
63
11:41 / 14 May 2026
217
11:38 / 14 May 2026
71
11:31 / 14 May 2026
443
11:17 / 14 May 2026
55
11:13 / 14 May 2026
63
11:09 / 14 May 2026
57
11:05 / 14 May 2026
59
11:01 / 14 May 2026
263
10:52 / 14 May 2026
617
10:44 / 14 May 2026
63
10:42 / 14 May 2026
63
10:15 / 14 May 2026
64
10:14 / 14 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.