Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1160
03.07.2020, 14:19
İyulun 4-də Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək.
Şamaxı Astrofizika Rəsədxanasından Oxu24.com-a bildirilib ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir.
“Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.
Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyul ayının 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək planetlər paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.
Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.
Sonuncu dəfə bu nadir astronomik hadisə 10 mart 1982-ci ildə baş vermişdi ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Qeyd edək ki, növbəti belə “Tam Planetlər Paradı”nın 2161 və 2492-ci illərdə olacağı proqnozlaşdırılır.
22:45 / 17 Noyabr 2026
1
22:22 / 17 Noyabr 2026
56
22:08 / 17 Noyabr 2026
85
21:51 / 17 Noyabr 2026
82
21:38 / 17 Noyabr 2026
84
21:20 / 17 Noyabr 2026
88
21:11 / 17 Noyabr 2026
98
20:45 / 17 Noyabr 2026
99
20:39 / 17 Noyabr 2026
115
20:23 / 17 Noyabr 2026
107
20:12 / 17 Noyabr 2026
120
19:59 / 17 Noyabr 2026
122
19:51 / 17 Noyabr 2026
124
19:40 / 17 Noyabr 2026
212
19:39 / 17 Noyabr 2026
114
19:28 / 17 Noyabr 2026
861
19:21 / 17 Noyabr 2026
120
19:14 / 17 Noyabr 2026
125
19:09 / 17 Noyabr 2026
122
19:06 / 17 Noyabr 2026
298
18:57 / 17 Noyabr 2026
136
18:55 / 17 Noyabr 2026
137
18:50 / 17 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.