Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1385
03.07.2020, 10:54
"“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib".
Bu barədə Oxu24.com-a AzTV-dən məlumat verilib: "E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.
E.Babayev bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olub. Həmin filmlərə son bir ildə çəkilmiş və tamaşaçılar tərəfindən böyük rəğbət görmuş “Ana və poçtalyon”, “Xocalı yol gözləyir” və digərlərini misal göstərmək olar.
QSC-nin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir".
Məlumatda qeyd olunur ki, hazırda şirkətin 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, bir nəfər isə evə buraxılıb: "Onların səhhətində hər hansı ağırlaşma yoxdur".
Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.
Qeyd edək ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.
12:19 / 14 May 2026
36
12:03 / 14 May 2026
68
11:59 / 14 May 2026
53
11:46 / 14 May 2026
48
11:41 / 14 May 2026
157
11:38 / 14 May 2026
60
11:31 / 14 May 2026
331
11:17 / 14 May 2026
43
11:13 / 14 May 2026
49
11:09 / 14 May 2026
51
11:05 / 14 May 2026
48
11:01 / 14 May 2026
215
10:52 / 14 May 2026
491
10:44 / 14 May 2026
55
10:42 / 14 May 2026
56
10:15 / 14 May 2026
54
10:14 / 14 May 2026
63
10:12 / 14 May 2026
59
10:11 / 14 May 2026
58
10:08 / 14 May 2026
56
09:32 / 14 May 2026
64
09:12 / 14 May 2026
86
00:25 / 14 May 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.