Qaynar xətt:

(+99450) 247 90 86

İcazəsi olmayanlar belə müəyyən ediləcək - RƏSMİ

İcazəsi olmayanlar belə müəyyən ediləcək - RƏSMİ

REDAKTORUN SEÇİMİ

992

01.07.2020, 19:50

Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib.
Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək.