Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Uçuşlar bərpa olunur? - Prezidentin köməkçisi açıqladı

SON DƏQİQƏ! Uçuşlar bərpa olunur? - Prezidentin köməkçisi açıqladı

REDAKTORUN SEÇİMİ

1059

30.06.2020, 18:44

“Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”.

Oxu24.com -un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, digər ölkələrdə yoluxmanın qarşısının alınması üçün qaydalar var:

“Ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur: “İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur”.