Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1940
30.06.2020, 16:56
Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verir. Xəzər dənizi Kür çayına tökülərək irəliləməkdə davam edir.
“Report”un Aran bürosu xəbər verir ki, Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub.
“Report” Kür çayında suyun səviyyəsinin kritik həddə enməsi və qabaqlayıcı tədbirlərin görülmədiyi təqdirdə ciddi ekoloji təhlükənin yaranacağı barədə mütəmadi olaraq xəbərlər dərc edirdi. Heç bir qabaqlayıcı tədbir görülməməsi nəticəsində bu təhlükə baş verdi. Çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbi ilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.
İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon İcra Hakimiyyətində Operativ qərargah yaradılıb.
Yaranmış problemin aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.
Sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil.
Rayonda vəziyyət nəzarətə götürülsə də, hələ ki, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.