Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3938
29.06.2020, 19:11
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılır.
Oxu24.com -un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.
Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.
Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
00:25 / 14 May 2026
1
23:53 / 13 May 2026
176
23:36 / 13 May 2026
115
23:05 / 13 May 2026
411
23:05 / 13 May 2026
84
23:03 / 13 May 2026
63
23:00 / 13 May 2026
137
22:57 / 13 May 2026
57
22:55 / 13 May 2026
63
22:53 / 13 May 2026
50
22:38 / 13 May 2026
204
22:05 / 13 May 2026
84
21:30 / 13 May 2026
86
21:29 / 13 May 2026
109
21:22 / 13 May 2026
75
21:16 / 13 May 2026
74
21:15 / 13 May 2026
85
21:10 / 13 May 2026
72
21:09 / 13 May 2026
101
21:04 / 13 May 2026
70
20:58 / 13 May 2026
851
20:42 / 13 May 2026
87
20:32 / 13 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.