Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1761
27.06.2020, 18:36
Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə “COVID”-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.
Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.
Baş Nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.
Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verilib.
19:12 / 13 May 2026
1
19:03 / 13 May 2026
39
19:00 / 13 May 2026
55
18:36 / 13 May 2026
82
18:13 / 13 May 2026
64
18:02 / 13 May 2026
63
17:39 / 13 May 2026
560
17:25 / 13 May 2026
68
17:20 / 13 May 2026
69
17:18 / 13 May 2026
69
17:10 / 13 May 2026
72
16:53 / 13 May 2026
198
16:52 / 13 May 2026
71
16:38 / 13 May 2026
745
16:32 / 13 May 2026
94
16:26 / 13 May 2026
76
16:25 / 13 May 2026
526
16:19 / 13 May 2026
73
16:11 / 13 May 2026
307
16:08 / 13 May 2026
79
16:02 / 13 May 2026
72
15:51 / 13 May 2026
75
15:37 / 13 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.