Qaynar xətt:

(+99450) 247 90 86

Taksi sürücülərinə vacib xəbər: Bu onlayn qaydada olacaq - İZAHLI VİDEO

Taksi sürücülərinə vacib xəbər: Bu onlayn qaydada olacaq - İZAHLI VİDEO

REDAKTORUN SEÇİMİ

773

27.06.2020, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb. 

BNA-dan "Report"a verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcək. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaq.

Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib: //fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə videotəlimat da hazırlanaraq sayta yerləşdirilib. 


"Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır.

Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaq, - deyə məlumatda bildirilir.

 

 

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0