Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
800
26.06.2020, 11:57
Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşların tarixi məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 1 iyul 2020-ci il tarixdən başlayaraq həftədə iki dəfə Türk Hava Yollarının (THY) və Azərbaycan Hava Yollarının (AZAL) İstanbul-Bakı istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. THY-nın uçuşları çərşənbə və cümə, AZAL-ın uçuşları isə cümə axşamı və şənbə günləri təşkil ediləcək.
“Uçuşlardan başda tələbələr olmaqla Türkiyədən Azərbaycana gəlmək istəyən Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycan Respublikasında müvafiq yaşayış icazəsi olan, biznes sahibi və ya qohumluq əlaqələri olan Türkiyə Respublikası vətəndaşları istifadə edə biləcək.
Həmçinin Azərbaycandan Türkiyəyə getmək istəyən Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşları uçuşlardan istifadə edə biləcək”, – deyə səfirlikdən bildirilib.
Qeyd olunub ki, uçuşlardan istifadə etmək üçün bəzi şərtlərə əməl edilməlidir:
“Uçuşlardan istifadə etmək üçün Türkiyə Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçiməli və mənfi nəticə əldə edilməlidir. Testi harada edəcəyiniz haqqında məlumatı THY və AZAL-dan ala bilərsiniz”.
Digər şərtə görə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana səyahət edən bütün şəxslər təyinat nöqtələrində qalacaqları ünvanlarda 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətindədirlər.
Aviabilet satışına gəlincə, bildirilib ki, biletlərin satışı onlayn həyata keçiriləcək.
“COVİD-19 pandemiyası dövründə həm təyyarələrdə, həm də hava limanlarında xüsusi tədbirlər görülmüş və xüsusi qaydalar tətbiq olunur. Bütün vətəndaşların riayət etməli olduqları bu qaydalar THY və AZAL-ın rəsmi internet səhifələrində yayımlanmışdır, bu məsələ ilə bağlı təlimatların səfərdən əvvəl diqqətlə nəzərdən keçirilməsi tövsiyyə olunur.
Qeyd edilən uçuşlarla bağlı ətraflı məlumatı THY-nın www.turkishairlines.com internet ünvanı və +994124048849, +902124440849 nömrələri, AZAL-ın www.azal.az internet ünvanı və +994125988880 nömrələri vasitəsilə əldə edə bilərsiniz”, – deyə Türkiyənin Bakıdakı səfirliyindən bildirilib.
15:51 / 13 May 2026
1
15:37 / 13 May 2026
18
15:32 / 13 May 2026
26
15:24 / 13 May 2026
276
15:17 / 13 May 2026
47
15:15 / 13 May 2026
142
15:12 / 13 May 2026
46
15:09 / 13 May 2026
81
15:07 / 13 May 2026
61
15:00 / 13 May 2026
523
14:58 / 13 May 2026
54
14:55 / 13 May 2026
58
14:46 / 13 May 2026
50
14:36 / 13 May 2026
341
14:24 / 13 May 2026
220
14:22 / 13 May 2026
69
14:15 / 13 May 2026
183
13:49 / 13 May 2026
79
13:37 / 13 May 2026
1195
13:35 / 13 May 2026
91
13:29 / 13 May 2026
65
13:27 / 13 May 2026
70
13:24 / 13 May 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.