Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
885
26.06.2020, 10:29
190 manat birdəfəlik ödəmə 4 şəhər və 4 rayonda ödəniləcək. Əvvəlki ödəmənin coğrafiyasına görə, onu alanların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayır. Lənkəran və digər 4 rayonla bağlı məlumat olmasa da, onları da əlavə etsək, ehtimal ki, bu dəfə 190 manat təxminən 300 minə qədər şəxsə ödəniləcək. Bu isə pandemiya dövründə iş yerlərini itirən, işsiz qalan milyonlarla insanı qane etmir. Hərçənd 190 manatla da dolanmaq imkansız kimi bir şeydir.
“190 manat birdəfəlik yardım, ünvanlı sosial yardım ala bilməyənlərə məsləhət bilərdim ki, ödənişli ictimai iş yerləri üçün müraciət etsinlər”.
Oxu24.com Bizimyol.info-ya istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. İqtisadçı qeyd edib ki, ödənişli ictimai iş yerlərinin sayı artırıldığına görə bunlardan yararlanmaq lazımdır.
“Hazırda ödənişli ictimai iş yerlərinin sayı artırılır. Bu il üçün 38 mindən 90 minə çatdırılacaq. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır. Bu iş üçün ayda 250 manat ödənilir. Məşğulluq xidməti orqanlarına gedin işsiz statusu alın, sonra DOST İş Mərkəzlərinə müaciət edin”,- deyə iqtisadçı məsləhət verib.
Qubad İbadoğlu bildirib ki, 300 min nəfərə bir dəfəlik yardımın ödənilməsi üçün büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək və başqa şəhərlər və rayonlarda 190 manat ödənilmədiyindən bir o qədər də xərc ixtisar olunacaq.
“Böhran dövründə büdcə qənaət rejiminə keçəndə ilk dəfə deyil ki, əhaliyə ödənişlərdən kəsirlər. Bundan əvvəl icbari tibbi sığortada da eyni yanaşma müşahidə olundu. Bütün ölkə üçün nəzərdə tutulan tibbi sığortaya 903 milyon manat vəsait ayrılmasına baxmayaraq Bakı şəhəri və rayonlarda keçid gələn ilə təxirə salınması ilə əlaqədar onun ən azı yarısına qənaət edilir”.
Qubad İbadoğlu bildirib ki, ödənişli ictimai iş yerləri dedikdə əsasən könüllü fəaliyyətlər təklif olunur. “Onlar da hazırda yoxdur, dayanıb, əsas gedin qeydiyyata düşün, ödənişinizi alın”,- deyə o bildirib.
15:51 / 13 May 2026
1
15:37 / 13 May 2026
18
15:32 / 13 May 2026
26
15:24 / 13 May 2026
276
15:17 / 13 May 2026
47
15:15 / 13 May 2026
142
15:12 / 13 May 2026
46
15:09 / 13 May 2026
81
15:07 / 13 May 2026
61
15:00 / 13 May 2026
523
14:58 / 13 May 2026
54
14:55 / 13 May 2026
58
14:46 / 13 May 2026
50
14:36 / 13 May 2026
341
14:24 / 13 May 2026
220
14:22 / 13 May 2026
69
14:15 / 13 May 2026
183
13:49 / 13 May 2026
79
13:37 / 13 May 2026
1195
13:35 / 13 May 2026
91
13:29 / 13 May 2026
65
13:27 / 13 May 2026
70
13:24 / 13 May 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.