Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
981
25.06.2020, 16:35
Son günlər koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir.
Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən olunmuş bir sıra məhdudiyyətlərin daha da sərtləşdirilməsini zəruri hesab etdiyini və bu istiqamətində yeni qərarlar qəbul edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev xüsusi karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac olduğunu bildirib:
“Bundan sonrakı vəziyyətin necə olacağı Azərbaycan vətəndaşının məsuliyyəti və davranışından asılıdır. İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmir. Bu baxımdan da vətəndaşların qaydalara əməl etməməsi, görülən tədbirləri effektsiz edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşər”.
Millət vəkili cərimələrin artırılmasını təklif edib:
“Baxmayaraq ki, cərimələr tətbiq olunur, amma görünən odur ki, hazırki cərimənin miqdarı insanlara vəziyyətin ciddiliyi dərk elətdirmir. Bu baxımdan düşünürəm ki, cərimələri daha da artırmaq lazımdır, bəlkə insanlar vəziyyəin ciddiliyini bundan sonra dərk edib, qaydalara əməl edələr.
Arzu Nağıyev: Paşinyan yenə də Dağlıq Qarabağ kartından istifadə ...
Dövlət vətəndaşın yanındadır, vətəndaş da dövlətin yanında olmalıdır ki, bu virusa qalib gələ bilək. Əks halda karantin qaydaları daha da sərtləşəcək, özümüz də, ətrafımız da bundan əziyyət çəkəcəyik. İnsanlar bilməlidir ki, onun addımı təkcə özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yarada bilər
Əgər rəqəmlər bu tempdə davam etsə, karantin rejimi daha da ağırlaşmalı, cərimələr artırılmalıdır. Yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.
Həmçinin oxuyun
15:00 / 13 May 2026
456
14:58 / 13 May 2026
29
14:55 / 13 May 2026
25
14:46 / 13 May 2026
30
14:36 / 13 May 2026
200
14:24 / 13 May 2026
155
14:22 / 13 May 2026
48
14:15 / 13 May 2026
120
13:49 / 13 May 2026
69
13:37 / 13 May 2026
1022
13:35 / 13 May 2026
81
13:29 / 13 May 2026
58
13:27 / 13 May 2026
59
13:24 / 13 May 2026
136
13:19 / 13 May 2026
62
13:05 / 13 May 2026
84
12:57 / 13 May 2026
477
12:49 / 13 May 2026
164
12:44 / 13 May 2026
366
12:41 / 13 May 2026
82
12:38 / 13 May 2026
66
12:34 / 13 May 2026
63
12:32 / 13 May 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.