Mayda pensiya gözləyənlərə nazirlikdən XƏBƏR VAR
13 May 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
616
25.06.2020, 10:27
"Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19") infeksiyasına yoluxub.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir:
"COVİD-19 virusuna yoluxan 1 əməkdaşımız isə dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar.
Xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.
Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19" şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.
B. Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir: “Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. “COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.
13:49 / 13 May 2026
15
13:37 / 13 May 2026
369
13:35 / 13 May 2026
33
13:29 / 13 May 2026
28
13:27 / 13 May 2026
28
13:24 / 13 May 2026
67
13:19 / 13 May 2026
30
13:05 / 13 May 2026
59
12:57 / 13 May 2026
298
12:49 / 13 May 2026
115
12:44 / 13 May 2026
256
12:41 / 13 May 2026
61
12:38 / 13 May 2026
52
12:34 / 13 May 2026
55
12:32 / 13 May 2026
56
12:24 / 13 May 2026
101
12:18 / 13 May 2026
134
12:11 / 13 May 2026
81
12:04 / 13 May 2026
74
12:00 / 13 May 2026
350
11:50 / 13 May 2026
64
11:46 / 13 May 2026
70
11:44 / 13 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.