Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
864
24.06.2020, 13:59
İyulun 23-də 508 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejimi elan olundu. Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə, bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?
Oxu24.com xəbər verir ki, deputat Cavid Osmanov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq olunub:
"Sərt karantin rejimi yoluxma çox olan rayon və şəhərlərdə elan edilib. Son günlərin statistikası ürəkaçan deyil. Dünən hətta nəticə anti-rekord oldu. 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü. Yenə də sərt karantin rejiminə hələ də riayət etməyənlər, topaq yollarla bölgələrə üz tutanlar var. Bundan əlavə icazələrdən sui-istifadə halları da var. Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu yolla tək özlərini deyil, digər insanların da həyatını təhlükəyə atırlar. Çox təəssüf ki, vətəndaşlarımızın arasında bu virusa inanmayan, oyun hesab edənlər hələ də var. Onların ucbatından uzun müddətdir, ki, mövcud vəziyyətdən əziyyət çəkən insanlarımız var.
Bundan əlavə həmin insanlar məsuliyyətsiz olaraq polis və həkimlərimizin uzun müddətlik əməyinin üstündən xətt çəkmiş olurlar. Təbii ki, fövqəladə vəziyyət bir çox ölkələrdə tədbiq edilib. Elə inkişaf etmiş ölkələr var ki, yumşalmalardan sonra ikinci dəfə fövqəlada vəziyyət elan etməli olub. Sosial məsuliyyətin dərk etməyən vətəndaşlardan xahiş edirik ki, elə etməsinlər ki, karantin rejim daha da sərtləşsin. Fövqəlada vəziyyət elan edilməsinə gətirib çıxarmasınlar. Səhiyyənin aciz qaldığı İtalya və İspaniyaya baxsınlar. Orada artıq xəstəxanalarda yer olmadığına görə insanlar küçələrdə qalırdı. Vətəndaşlarımız məsuliyyətsiz addımları ilə həmin vəziyyəti Azərbaycanda da təkrarlada bilərlər. Düşünürəm ki, əgər yoluxma çoxalarsa, karantin rejimi daha da sərtləşə bilər".sonxeber.az
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.