Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
836
23.06.2020, 01:44
Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetinin xarici tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS-a Volqoqrad əyaləti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Ekaterina Valkovskaya bildirib.
Vasilyev barəsində avqustun 21-ə qədər - iki aylıq həbs qərarı çıxarılıb. Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, iyunun 13-də Volqoqradın mərkəzində yerli tibbi universitetinin 17 yaşlı xarici tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti aşkar edilmişdi. Məlum olub ki, tələbə bədəninin müxtəlif hissələrinə vurulan bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Nəticədə o, hadisə yerində ölüb.
İyunun 13-də Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs 1998-ci il təvəllüdlü Volqoqrad sakini Vitali Vasilyev saxlanılıb.
"Report"un Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, qatil cinayəti törətdikdən sonra Smolenskə gedib. V.Vasilyev ölkəni tərk etmək niyyətində olub.
Daha əvvəl Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14 340 ABŞ dolları) mükafat vəd edib.
10:29 / 13 May 2026
1
10:26 / 13 May 2026
17
10:15 / 13 May 2026
41
10:11 / 13 May 2026
37
10:10 / 13 May 2026
35
10:08 / 13 May 2026
47
10:05 / 13 May 2026
62
09:18 / 13 May 2026
53
00:19 / 13 May 2026
325
00:05 / 13 May 2026
3668
00:02 / 13 May 2026
318
23:59 / 12 May 2026
4475
23:54 / 12 May 2026
1404
23:50 / 12 May 2026
294
23:43 / 12 May 2026
1951
23:40 / 12 May 2026
123
23:31 / 12 May 2026
120
23:27 / 12 May 2026
112
23:25 / 12 May 2026
105
23:22 / 12 May 2026
166
22:47 / 12 May 2026
238
22:38 / 12 May 2026
138
22:20 / 12 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.