Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
823
22.06.2020, 20:23
"Koronavirus təhsilə də ciddi təsir edib. Mart ayının 3-dən etibarən bütün pillələrdə təhsil dayandı. Fasilənin yaranması daha çox 1-4-cü və 9-11-ci sinif şagirdlərinə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Bunun üçün bütün yay boyu teledərslrəin davamlı olması mütləqdir. Çünki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur".
Oxu24.com xəbər verir ki, redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov belə deyib. O bildirib ki, yay tətilində uşaqların dincəlməsi üçün şərait yaratmaq lazımdır. Amma indiki halda hətta isti yay aylarında belə təhsil alanların qismən təhsilə cəlb olunması qaçılmazdır. Hətta dərslərin 15 avqustdan başlamasını belə gözləmək olar:
"Məktəbə 1 ay qalmış, 15 avqustdan əvvəlki sinifdən əsas fənlərin təkrarı, ondan sonra yeni tədris ilinə başlamaq kimi variantlar da mümkündür. Lakin keçirilməyən dərslərdəki zəruri informasiyaların şagirdlərə çatdırılması üçün online dərslər də vacibdir. Çünki keçirilməyən mövzular şagirdlərə gələcəkdə əmək bazarında lazım olacaq. Bu səbəbdən düşünürəm ki, mobil operatorlar və interenet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar. Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlərlə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz.
Oxu.az - Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik ...
Əgər internet güzəştləri olsa, müəyyən qədər şagirdlərin bilik və bacxarlıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, DİM-in "Youtube" resursları və okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər artması mümkündür".
Təhsil eksperti qeyd edib ki, növbəri tədris ili üçün yeni formaların tətbiqi mütləqdir:
"Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa, 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, DİM 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştiak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrdan dərslərin başlaması mümkündür".
09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.