Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
812
22.06.2020, 19:16
Cəlilabad rayonunun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərində polis nəzarəti gücləndirilib.
Oxu24.com xəbər verir ki, bununla yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi ilk iki gün ərzində 10 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Həmin şəxslər barəsində inzibati cərimələr tətbiq edilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işlərinə start verilib.
Bu məqsədlə komunal xidmətin texnikaları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı texnikaları dezinfeksiya işlərinin aparıldığı əraziyə cəlb olunub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub.
Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.
Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib. (report.az)
09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.