Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
818
20.06.2020, 09:18
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müəyyən hallarda yol veriləcək.
Oxu24.com -un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Qərarında yer alıb. -təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; -ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; -yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: -1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
09:11 / 18 Noyabr 2026
46
08:32 / 18 Noyabr 2026
70
00:38 / 18 Noyabr 2026
153
23:54 / 17 Noyabr 2026
160
23:36 / 17 Noyabr 2026
163
23:10 / 17 Noyabr 2026
156
23:03 / 17 Noyabr 2026
307
22:45 / 17 Noyabr 2026
165
22:22 / 17 Noyabr 2026
153
22:08 / 17 Noyabr 2026
367
21:51 / 17 Noyabr 2026
153
21:38 / 17 Noyabr 2026
164
21:20 / 17 Noyabr 2026
163
21:11 / 17 Noyabr 2026
159
20:45 / 17 Noyabr 2026
155
20:39 / 17 Noyabr 2026
215
20:23 / 17 Noyabr 2026
188
20:12 / 17 Noyabr 2026
235
19:59 / 17 Noyabr 2026
171
19:51 / 17 Noyabr 2026
177
19:40 / 17 Noyabr 2026
340
19:39 / 17 Noyabr 2026
179
19:28 / 17 Noyabr 2026
1237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.