Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Qərərgah sərhədlərin nə vaxta kimi bağlı olduğunu AÇIQLADI

SON DƏQİQƏ! Qərərgah sərhədlərin nə vaxta kimi bağlı olduğunu AÇIQLADI

REDAKTORUN SEÇİMİ

1050

18.06.2020, 19:54

Qəbul olunmuş qərarla avqust ayının 1-dək dövlət sərhədlərinin də bağlı qalması məsələsi qüvvədədir. 

Oxu24.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib:

“Baxmayaraq ki, xüsusi karantin rejimi davam edir, amma ikitərəfli razılaşma əsasında vətəndaşlarımızın ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Hətta 17-18 iyun tarixlərində Türkiyədən xüsusi reyslərlə vətəndaşlarımız geri qaytarıldı. Geri qaytarılan vətəndaşlarımızın 48 saat öncədən koronavirus testindən keçməsi tələbi qoyuldu ki, bu təcrübənin avqustun 1-dək dövlətlərlə ikitərəfli razılaşma əsasında davam etdirilməsi nəzərdə tutulub”.