"Bakıda çirklənmə var, amma Tehranda, Təl Əvivdəki qədər yüksək deyil "
17 Fevral 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4607
17.06.2020, 14:55
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Günü, daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.
Lakin bayram günlərinin çoxluğu bəzi hallarda içşi-sahibkar münasibətlərində problem yaradır. Belə ki, bəzi sahibkarlar bu günlərin əvəzini işçinin maaşından çıxır. Bu isə narazılığa səbəb olur.
Bu cür hallar əmək məcəlləsinə əsasən hüquqların pozulmasıdır?
Tanınmış vəkil Roman Qaraşov Redaktor.az-a bildirib ki, iş və istirahət günlərinin müəyyən olunması zamanı həmin günlərdə hansı idarə və müəssisələrin, təşkilatların fəaliyyətlərini davam etdirəcəkləri qərarda əks olunur:
"İnsanların minimum həyat tələbatlarının ödənilməsi üçün bəzi müəssisələr hər bir halda fəaliyyət göstərirlər. Onlara heç bir məhdudiyyət qoyulmur. Məsələn, çörək bişirmə sexində işləyən şəxs bu iddia ilə çıxış edə bilməz ki, 10 günlük tətildi və çörək bişirmirəm.
Burada növbətçilik qrafiki, iş saatlarına düzgün riayət olunması və s. bu kimi müddəalara ciddi şəkildə riayət etmək lazımdır. Lakin buna görə əməkhaqqının kəsilməsi, təbii ki, qanunsuzdur. Buna görə sahibkarın işçinin əməkhaqqını kəsməsinə yol verilmir".
Həmçinin oxuyun
Vəkil qeyd edib ki, əgər əmək qanunvericiliyi pozularsa, onlar Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər:
"Əgər işçi işində olmalıdırsa, müqaviləli tərəf olaraq, o, işini görməlidir. Bundan başqa, özbaşına işburaxmaya görə işdən azad olunma kimi sərt intizam tədbirləri də tətbiq oluna bilər. Lakin digər hallarda işçinin aylıq qrafiki, tabeli olur. O, tabeldə göstərilən günlərdə işində olubsa, əməkhaqqı tam həcmdə ödənilməlidir. Əmək qanunvericiliyi pozularsa, işçilər Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər".
18:19 / 22 Fevral 2026
12
18:15 / 22 Fevral 2026
19
17:47 / 22 Fevral 2026
24
12:49 / 22 Fevral 2026
766
12:46 / 22 Fevral 2026
231
10:05 / 22 Fevral 2026
827
10:03 / 22 Fevral 2026
246
23:37 / 21 Fevral 2026
267
23:02 / 21 Fevral 2026
215
22:40 / 21 Fevral 2026
271
22:24 / 21 Fevral 2026
237
21:58 / 21 Fevral 2026
159
21:36 / 21 Fevral 2026
141
21:24 / 21 Fevral 2026
175
21:12 / 21 Fevral 2026
483
21:04 / 21 Fevral 2026
135
20:49 / 21 Fevral 2026
140
20:46 / 21 Fevral 2026
481
20:29 / 21 Fevral 2026
165
20:05 / 21 Fevral 2026
182
19:59 / 21 Fevral 2026
151
19:43 / 21 Fevral 2026
161
19:35 / 21 Fevral 2026
259
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.