"Bakıda çirklənmə var, amma Tehranda, Təl Əvivdəki qədər yüksək deyil "
17 Fevral 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
863
16.06.2020, 19:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
“Əziz çağırışçılar!
Ümumbəşəri problem olan koronavirus infeksiyasına (COVID-19) ölkəmizin ərazisində yoluxma hallarını məhdudlaşdırmaq, yayılmasının qarşısını almaq və rəvac verəcəyi təhlükənin təsirlərindən qorunmaq üçün dövlət və hökumət strukturları tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Bildiyiniz kimi infeksiyanın yayılma dinamikasına görə respublikanın bir sıra iri şəhər və rayonlarında xüsusi karantin rejimi cari ilin iyul ayının birinə kimi uzadılmışdır. Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə bütün ölkə üzrə sistemli iş aparılmaqdadır. Belə ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsi ilə bağlı prosedurlara, rayon hərbi həkim komissiyaları tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır.
Həmçinin oxuyun
Hörmətli çağırışçılar, istər xüsusi karantin rejiminin qüvvədə olduğu şəhər və rayonlarda, istərsə də respublikamızın digər inzibati ərazi vahidlərində yaşamağınızdan asılı olmayaraq əhalimizin böyük əksəriyyəti kimi həmrəy olub görülmüş işləri yüksək qiymətləndirərək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə məsuliyyətli yanaşmaqla, sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etməklə, özünütəcrid və sosial məsafəni qorumaqla Siz əsl vətənpərvərlik nümunəsi göstərməli, vətəndaş mövqeyi nümayiş etdirməlisiniz. Bununla da yaşadığımız çətin günlərdə hər biriniz sabahın əsgəri kimi hərbi xidmətin təməl prinsiplərinə əməl etməklə, ən başlıcası nizam-intizamlı olmaqla müstəqil dövlətimizin möhkəmliyinə, milli birliyə, özünüzün və yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərarların, təlimatların tələblərinə əməl etməyə çağırır.
Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə Sizə əlavə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlməyiniz zəruridir”.
12:49 / 22 Fevral 2026
542
12:46 / 22 Fevral 2026
133
10:05 / 22 Fevral 2026
738
10:03 / 22 Fevral 2026
172
23:37 / 21 Fevral 2026
233
23:02 / 21 Fevral 2026
192
22:40 / 21 Fevral 2026
249
22:24 / 21 Fevral 2026
209
21:58 / 21 Fevral 2026
144
21:36 / 21 Fevral 2026
126
21:24 / 21 Fevral 2026
135
21:12 / 21 Fevral 2026
431
21:04 / 21 Fevral 2026
118
20:49 / 21 Fevral 2026
126
20:46 / 21 Fevral 2026
458
20:29 / 21 Fevral 2026
143
20:05 / 21 Fevral 2026
166
19:59 / 21 Fevral 2026
135
19:43 / 21 Fevral 2026
140
19:35 / 21 Fevral 2026
239
19:30 / 21 Fevral 2026
164
19:17 / 21 Fevral 2026
123
19:04 / 21 Fevral 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.