Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31789
az

Bu şəxslərə ŞAD XƏBƏR: gələn aydan PUL ALACAQLAR

16:2622 May, 2020
2338
  • A
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. Oxu24.com -un məlumata görə, müraciətdə deyilir ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq. Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Alışanov vəfat edib
Şirniyyat sexində qəfil yoxlama: Görüntülər ürək bulandırdı +VİDEO
Xaçmazda dələduzluq edənlər saxlanılıblar

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+