Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4177
20.05.2020, 22:05
“Bu gün COVİD-19 virusuna yoluxan insanların sayı 5 milyonu keçib. Bu virus nəticəsində dünyasını dəyişənlərin sayı isə yarım milyon civarındadır. Bütün bu faktlar onu göstərir ki, COVİD-19 virusu bütün dünya üçün ciddi bir təhlükədir.
Bütün Avropa, Asiya ölkələri, o cümlədən Azərbaycan da bu virusla bağlı başlatdıqları təcrid prosesindən hissə-hissə çıxmaq üçün addımlar atmaqdadır. İnsanların ən maksimal qorunma və ən minimal zərərlə bu vəziyyətdən çıxması üçün Azərbaycan hökumətinin, başda cənab prezident İlham Əliyevin başçılığı və vermiş olduğu xüsusi təlimat çərçivəsində atılan addımlar insanlarımızın bu problemdən qısa müddətdə qurtulmasına və COVİD-19 pandemiyasının yayılmasının azalmasına xidmət etməkdədir”.
Bu sözləri millət vəkili Ramil Həsənov xüsusi karantin rejimi haqda danışarkən deyib. O bildirib ki, karantinlə bağlı yumşaldılan qaydalar davam edən proseslərdən asılıdır:
Həmçinin oxuyun
“18 maydan etibarən parklar, restoranlar, müzeylər, kitabxanalar, müəyyən müəssələrin açılmasına baxmayaraq, xəstələnənlərin sayı artmaqda davam edir. Burada məsuliyyət bilavasitə vətəndaşların üzərinə düşür. Çünki dövlət başçısının vermiş olduğu tapşırıqları əsasında fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və bir çox qurumlar öz üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirməkdə və vətəndaşlarımızın sağlamlığının keşiyində durmaqdadırlar. Amma vətandaşlarımız da yaşından, sosial vəziyyətindən və cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, sosial məsafəni qorumalı və eyni zamanda pandemiyaya qarşı hökümətin tətbiq etmiş olduğu qaydalara əməl etməlidirlər. Bu qaydalara maskalardan istifadə, əllərin tez-tez gigyenik vasitələrlə dizinfeksiyası, restoranlarda sosial məsafələrə uyğun masalar qoyulması, eyni zamanda parkda 10 nəfərdən artıq insanın bir yerdə gəzməməsi haqda hökümətin göstərmiş olduğu qaydalar daxildir. Bütün bu qaydaların hamısını vətəndaşlarımız mütləq şəkildə yerinə yetirməlidir. Əks halda cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi yumşaldılan qaydalar davam edən proseslərə bağlı olacaq”.
Millət vəkili həmçinin qeyd edib ki, əgər proseslər yüksələn xətlə davam edərsə, yəni xəstələrin sayı çoxalarsa, qaydalar yenidən sərtləşdirilə bilər:
“Mütəxəssislər qeyd edirlər ki, pandemiyanın ikinci dalğasının başlaması ehtimalı hələ də qalmaqdadır. Və bu ehtimal qoyulan tələblərin yerinə yetirilib-yetirilməməsindən asılı olacaq. Qaydaların yenidən sərtləşdirilməsini istəmiriksə, ölkə rəhbərinin çağırışlarına əməl etməliyik. Mən də həm bir vətəndaş, həm də millət vəkili kimi insanları göstərilən qaydalara əməl etməyə çağırıram”.
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.