İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2301
04.05.2020, 12:27
Bu gündən Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyətlərin bir qismi aradan götürülüb.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub.
Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.
Xüsusi karantin rejimində qeyd edilən fəaliyyət sahələrində çalışan şəxslərin bir qismi qeydiyyatda olduqları bölgələrə gediblər. Həmin şəxslərin Bakıya necə qayıda biləcəyi ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həmin şəxslər əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər:
"Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə (bərbərxana, gözəllik salonu və s.) Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir.
Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır".
19:43 / 26 Oktyabr 2026
6
19:17 / 26 Oktyabr 2026
33
19:00 / 26 Oktyabr 2026
52
18:47 / 26 Oktyabr 2026
67
18:36 / 26 Oktyabr 2026
74
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
73
17:45 / 26 Oktyabr 2026
150
17:01 / 26 Oktyabr 2026
107
17:00 / 26 Oktyabr 2026
307
16:58 / 26 Oktyabr 2026
77
16:46 / 26 Oktyabr 2026
88
16:42 / 26 Oktyabr 2026
76
16:30 / 26 Oktyabr 2026
107
16:17 / 26 Oktyabr 2026
111
16:08 / 26 Oktyabr 2026
262
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
316
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
217
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.