İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2572
04.05.2020, 10:23
Əməkdaşlarımız hər kəsi maraqlandıran daha vacib bir məsələyə də aydınlıq gətirməyə çalışıblar. Əvvəlki xəbərimizdən də eşitdiyiniz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağası hələ də qüvvədə qalacaq. Amma bu gecə saat 12-dən etibarən digər rayonlararası girişə-çıxışa heç bir məhdudiyyət qoyulmayacaq. Bu arada rayonlararası sərnişindaşıyan avtobusların da hərəkəti ayın 31-dək hələki bərpa edilməyəcək.
Rayon qeydiyyatında olan şəxslərin paytaxa girişinə qoyulan qadağa hələ də qüvvədədir.
Oxu24.com xəbər verir ki, bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gecə saat 12-dən etibarən ölkə ərazisində xüsusi karantin rejmi qaydası nisbətən yumşaldılsa da rayon qeydiyyatında olanların Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna girişinə qoyulmuş qadağa ayın 31-dək qüvvədə qalacaq.
O, cümlədən də adı çəkilən şəhərlərin sakinlərinin rayonlara gedişi də may ayının 31-dək qadağan edilib. Əgər bu qadağalara əməl etməyib, gizli şəkildə getmək istəyən şəxslər aşkar edilsə onlar qanuna uyğun olaraq inzibati qaydada cərimə oluncaqlar. Sabahdan etibarən rayonlar arasında olan müvəqqəti polis postları da yığışdırılacaq.
Xatırladaq ki,rayonlar arasında ictimai nəqliyyatın hərəkəti də hələki bərpa edilmir. Vətəndaşlar yalnız özlərinə aid şəxsi minik avtomobilləri ilə yaşadıqları rayondan başqa rayona gedib gələ bilərlər.
Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı da uzadılıb. ''Azərbaycan Dəmir Yolları'' QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.
''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat katibi Natəvan Bayramova onu da bildirdi ki, elektrik qatarlarının Abşeron dairəvi xətti üzrə hərəkəti hazırkı qrafiklə davam edir.
21:44 / 26 Oktyabr 2026
16
21:32 / 26 Oktyabr 2026
27
21:30 / 26 Oktyabr 2026
27
21:05 / 26 Oktyabr 2026
512
21:02 / 26 Oktyabr 2026
65
20:56 / 26 Oktyabr 2026
66
20:30 / 26 Oktyabr 2026
72
20:26 / 26 Oktyabr 2026
71
20:17 / 26 Oktyabr 2026
72
20:07 / 26 Oktyabr 2026
90
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
106
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
85
17:45 / 26 Oktyabr 2026
187
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
386
16:58 / 26 Oktyabr 2026
85
16:46 / 26 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.