Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
847
30.01.2020, 09:23
Oxu24.com -un verdiyi məlumata görə, ötən gün saat 11 radələrində Masallı rayonu Həsənli kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Mayıs qızı Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyiti rayon mərkəzi xəstəxanasına daxil olub.
Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) və Baş prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.
Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə Fatimə Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman 1 ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırlarmış.
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
13:41 / 30 Yanvar 2026
15
13:33 / 30 Yanvar 2026
21
13:30 / 30 Yanvar 2026
26
13:17 / 30 Yanvar 2026
103
13:09 / 30 Yanvar 2026
49
12:55 / 30 Yanvar 2026
1232
12:38 / 30 Yanvar 2026
92
12:27 / 30 Yanvar 2026
78
12:23 / 30 Yanvar 2026
46
12:10 / 30 Yanvar 2026
39
12:09 / 30 Yanvar 2026
41
12:02 / 30 Yanvar 2026
76
11:58 / 30 Yanvar 2026
80
11:39 / 30 Yanvar 2026
896
10:57 / 30 Yanvar 2026
162
10:36 / 30 Yanvar 2026
97
10:34 / 30 Yanvar 2026
90
10:15 / 30 Yanvar 2026
477
09:41 / 30 Yanvar 2026
90
09:01 / 30 Yanvar 2026
77
08:31 / 30 Yanvar 2026
82
08:15 / 30 Yanvar 2026
43
02:29 / 30 Yanvar 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.