Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23550
az

Aylıq 297 manat ödəməklə kirayə mənzillərə sahib olmaq istəyənlərin NƏZƏRİNƏ

09:0329 Yanvar, 2020
367
REDAKTORUN SEÇİMİ
  • A
Kirayə mənzillərin əldə edilməsi üçün yenidən müraciət qəbuluna yaxın günlərdə başlanılacaq. Oxu24.com xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşov deyib. Onun sözlərinə görə, hazırda sistemdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülür. İlham Kələşov, elektron sistemin çökməsinin səbəblərini də açıqlayıb. Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin 208-i Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində, 40-ı Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 2-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir. Tam təmirli mənzillərin bir kvadratının qiyməti Bakıda 2210-2130,Sumqayıtda 2150, Xırdalanda isə 1800 manata başa gəlir. Ancaq apardığımız araşdırma zamanı məlum oldu ki, Bakıda İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin yerləşiyi ərazidə tam təmirli mənzillərin bir kvadratı 1200-1500 manat arasında, Sumqayıtda isə 1000-1100 manat arasında dəyişir. Yəni İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kirayə mənzillərin qiyməti hazırki bazar qiymətlərindən təxminən iki dəfəyədək bahadır. İlham Kələşov qiymət fərqinə də aydınlıq gətirib. Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 saat İŞIQ OLMAYACAQ
Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda
Bakıda bu tarixdə leysan yağacaq, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto