Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Öldürücü virus insanlara ilanlardan keçibmiş

2020/01/24/1579846039_ilan-yedi.jpg

REDAKTORUN SEÇİMİ

556

24.01.2020, 10:06

Çinli alimlər sürətlə yayılmağa başlayan koronavirusun məhz ilanlardan keçmə ehtimalının yüksək olduğunu bildiriblər.

Oxu24.com   “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu barədə “Medical Virology” jurnalında dərc olunan məqalədə deyilir.

Araşdırmaya görə, Çinin Vuhan şəhərində xəstəxanaya yerləşdirilən ilk xəstələrin çoxunun dəniz məhsullarının topdan satışı bazarının işçiləri və ya müştəriləri olduğu diqqət çəkib. Vuhanda satılan ilanların vəhşi təbiətdə yarasa ilə bəsləndiyi qeyd edilib.

Xatırladaq ki, indiyədək koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 25 nəfərə çatıb.