Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanı qorxuya salan ölümcül virus - ölənlərin sayı 25-ə çatdı

Dünyanı qorxuya salan ölümcül virus - ölənlərin sayı 25-ə çatdı

REDAKTORUN SEÇİMİ

659

24.01.2020, 09:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 835-ə, bu virus səbəbindən ölənlərin sayı isə 25-ə çatıb.
Oxu24.com xarici KİV-ə istinadla xəbər verir ki, ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Tayvan adasında, Honkonq və Makaoda, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir.