Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
20 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
686
23.01.2020, 09:40
Əli Kərimli AXCP-də diktatura rejimi qurub, partiya nümayəndələrini şantaj edir, insanların mənəviyyatı ilə oynayır.
Oxu24.com xəbər verir ki, bunu Azvision.az-a müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev deyib. AXCP-də tutduğu vəzifədən qanunsuz olaraq uzaqlaşdırıldığını deyən A.Əliyev Əli Kərimli ilə bağlı ciddi ittihamlar irəli sürüb və bir müddət əvvəl ondan məhkəməyə şikayət edib.
"Məhkəməyə müraciət etməyimə səbəb Əli Kərimlinin partiyanın nizamnaməsini pozaraq məni vəzifəmdən uzaqlaşdırmasıdır. Məni heç bir səbəb, dəlil olmadan illərlə xidmət etdiyim partiyadan kənarlaşdırdılar. Səbəbini açıqlamadılar ki, niyə belə addım atıblar. Əli Kərimli özünü partiyada Şimali Koreyanın rəhbəri kimi aparır. Demokratiya tələb edən partiyada insanların hüquqlarını tapdalayırlar. Əli Kərimli partiyadan qanunsuz işlər görmək üçün istifadə edir. AXCP sanki onun şəxsi mülkidir", - deyə A.Əliyev bildirib.
Əli Kərimlinin xarici səfirlərlə gizli görüşlər keçirdiyini deyən AXCP-nin keçmiş funksionerinin sözlərinə görə, partiya rəhbərliyi sıravi üzvləri yalan vədlərlə aldadaraq onları öz oyunlarına alət edib:
"Bizə yalan vədlər verib, icazəsiz mitinqlərə çıxarırdılar. Partiyada heç kimin Əli Kərimliyə sual verməyə cəsarəti çatmır. Ən yaxşı halda həmin şəxs partiya sıralarından xaric edilir. Ən pis halda isə satqın damğası vururlar. Partiya illərdir üzvləri ödənişsiz qəbul edir. Bunun özü nizamnamənin kobud şəkildə pozulması deməkdir. Çünki nizamnamədə göstərilir ki, aylıq ianə ödəyən şəxslər partiya sıralarında ola bilər. Başqa bir sual ortaya çıxır: əgər ianə yoxdursa, gəlir yoxdursa, Əli Kərimli oğlunu xaricdə bahalı universtitetdə necə oxutdurdu? Bu sualı ona heç kəs verə bilmir. Əli Kərimlinin oğlu kollecdə oxuyanda, mənim qızım həmin kollecin yanında göyərti satırdı".
Ətraflı videonu təqdim edirik:
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.