Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Dəhşətli hadisə - İki məşhur aktyor çəkiliş zamanı öldü (VİDEO)

SON DƏQİQƏ: Dəhşətli hadisə - İki məşhur aktyor çəkiliş zamanı öldü (VİDEO)

REDAKTORUN SEÇİMİ

3229

18.01.2020, 00:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meksikada kino çəkilişi zamanı bədbəxt hadisə baş verib.

Oxu24.com yerli mənbələrə istinadən xəbər verir ki, “Sin miedo a la verdad” serialının çəkilişləri zamanı tanınmış aktyorlar Navarro Sançez və Cerardo Rivera körpüdən düşərək həyatlarını itiriblər. Polisin məlumatına görə, hadisə Aqrikola Oriental şəhərində baş verib. Filmin çəkilişlərini həyata keçirən şirkətdən bildirilib ki, bədbəxt hadisə onları və digər aktyorları dərindən üzüb.

Faciənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Qeyd edək ki, “Sin miedo a la verdad” serialı kriminal hadisələrdən bəhs edir Serial. 3 ildir yayımlanır.