Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
20 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
983
15.01.2020, 16:12
“Azərbaycanda 600 minədək uşaq müxtəlif növ sosial ödənişlərlə təmin olunur”.
Bu sözləri BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar, ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və digər uşaqlar birbaşa dövlətin təminatındadır.
“Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır və 2019-cu ildə bu sahədə də çox ciddi artımlar edilib. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün ötən il aylıq müavinətin məbləi 82 manatdan 150 manata çatdırılıb və onlara quluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Beləliklə, bu istiqamət üzrə sosial ödənişin məbləği ümumilikdə 200 manat olmaqla, 2,4 dəfə artıb. Həmçinin bu ilin əvvəlindən sağlamlıq imkanları məhdud uşaqlara ailə başçısını itirdikləri halda buna görə aylıq müavinəti (80 manat) də almaq, yəni sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə təyin olunan müavinətlərin hər ikisini almaq hüququ verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji xidmətlər, psixoloji yardımlar və s. göstərilir ki, bu xidmətlər 8 minə yaxın uşağı əhatə edir. Göründüyü kimi, qayğıya ehtiyacı olan uşaqlar sosial dəstəklə təmin olunur, ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir uşağa aylıq müavinət (uşaq pulu) verilməsi fikri isə hər hansı sosial-iqtisadi əsaslandırmaya söykənmir”,-deyə Fazil Talıbov əlavə edib.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.