Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
866
14.01.2020, 12:47
Bakıda mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, DİN Baş Cinayət Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat nəticəsində ötən ayın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri tutulublar.
Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri Elmir Əsgərov və Cəfər Əlibəyli tututlublar.
Həmçinin oxuyun
Qeyd edək ki, mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan Tural Abbasov verib. O, dekabr ayının 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.
Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Daha sonra dəstə üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsi ilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də istintaqa cəlb ediliblər.
Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.
12:52 / 28 Yanvar 2026
1
12:40 / 28 Yanvar 2026
14
12:32 / 28 Yanvar 2026
59
12:26 / 28 Yanvar 2026
33
12:21 / 28 Yanvar 2026
50
12:03 / 28 Yanvar 2026
469
11:33 / 28 Yanvar 2026
35
11:28 / 28 Yanvar 2026
38
11:25 / 28 Yanvar 2026
180
11:17 / 28 Yanvar 2026
165
11:09 / 28 Yanvar 2026
185
11:05 / 28 Yanvar 2026
45
11:03 / 28 Yanvar 2026
46
11:02 / 28 Yanvar 2026
729
11:00 / 28 Yanvar 2026
67
10:35 / 28 Yanvar 2026
338
10:27 / 28 Yanvar 2026
65
10:25 / 28 Yanvar 2026
53
09:12 / 28 Yanvar 2026
64
01:58 / 28 Yanvar 2026
271
01:01 / 28 Yanvar 2026
118
00:26 / 28 Yanvar 2026
249
00:16 / 28 Yanvar 2026
384
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.