Azərbaycanda ən çox şikayət olunan sığorta şirkətinin adı açıqlandı
12 Dekabr 2025, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1187
09.06.2025, 13:55
"Təəssüf edirəm ki, Akademik Milli Dram Teatrında aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir".
Oxu24.com xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının sədri Rəşad Məcidin Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nura cavab məktubunda yer alıb.
Məktubda bildirilib ki, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur.
"İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.
Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir".
R.Məcid bildirib ki, Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır.
"Biz daim buna əməl etməyə çalışırıq. Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm",- Şuranın sədri qeyd edib.
Həmçinin oxuyun
Qeyd edək ki, Xalq artisti Əli Nur Rəşad Məcidə ünvanladığı məktubunda teatrda son zamanlar baş verənləri ətraflı yazaraq, ona suallar ünvanlayıb.
"Uzun müddətdir ki, mən və digər həmkarlarım Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı baş verən hadisələr barədə mətbuata açıqlamalar veririk. Əvvəllər bu açıqlamalarımız bütün xəbər saytlarında yayımlanırdı. Lakin Fizuli Hüseynovla yaşadığım insidentlə bağlı verdiyim son açıqlamada bildirdim ki, baş verənlər Mehriban Ələkbərzadənin təhriki ilə olub. Maraqlıdır ki, bu dəfə saytlar həmin açıqlamanı yayımlayarkən onun adını xüsusi olaraq çıxarıblar.
Azərbaycan Mətbuat Şurasının sədri kimi sizə açıq suallar ünvanlayıram:
1. Nəyə görə Mehriban Ələkbərzadə mətbuat tərəfindən qorunur?
2. Onun özbaşınalıqlarının ört-basdır edilməsi ilə bağlı mətbuata göstərişi kim verib?
3. Mehriban Ələkbərzadə ilə olan dostluq münasibətiniz, cənab Prezident tərəfindən sizə etibar edilən vəzifənin məsuliyyətini obyektiv şəkildə daşımağınıza mane olurmu?
Əgər bu suallara şəxsən sizin tərəfinizdən cavab verilməz və ictimaiyyətə aydınlıq gətirilməzsə, söz azadlığımıza qoyulan məhdudiyyətlərin birbaşa sizin nəzarətiniz və müdaxilənizlə həyata keçirildiyini düşünmək üçün ciddi əsaslarımız olacaq", - məktubda bildirilib.
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.