Yuxuda gördüyünü gerçəkdə yaşayanlar – Mütəxəssislər açıqladı
11 Avqust 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1578
30.12.2024, 20:36
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.
Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.
***
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, qəzaya uğramış “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək.
Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunmuşdur.
Xüsusilə vurğulanmalıdır ki, CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcəkdir. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcəkdir.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
19:22 / 27 Avqust 2026
54
19:10 / 27 Avqust 2026
271
18:43 / 27 Avqust 2026
559
18:34 / 27 Avqust 2026
71
18:28 / 27 Avqust 2026
75
18:26 / 27 Avqust 2026
69
18:15 / 27 Avqust 2026
212
18:13 / 27 Avqust 2026
72
17:59 / 27 Avqust 2026
96
17:58 / 27 Avqust 2026
572
17:53 / 27 Avqust 2026
79
17:45 / 27 Avqust 2026
87
17:30 / 27 Avqust 2026
84
17:23 / 27 Avqust 2026
269
17:19 / 27 Avqust 2026
75
17:15 / 27 Avqust 2026
79
17:15 / 27 Avqust 2026
81
17:07 / 27 Avqust 2026
80
16:59 / 27 Avqust 2026
97
16:44 / 27 Avqust 2026
91
16:41 / 27 Avqust 2026
83
16:39 / 27 Avqust 2026
1327
16:35 / 27 Avqust 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.