Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı
28 Avqust 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
612
26.12.2024, 16:30
Qazaxıstanda Aktau hava limanı ərazisində dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Aviasiya inkişafı üzrə ekspert Boqdan Dolincenin sözlərinə görə, yəqin ki, təyyarə çöldə baş verən partlayış nəticəsində yerə düşüb.
Musavat.com xəbər verir ki, mütəxəssis bu barədə "Kiyev24" efirində bildirib.
Onun sözlərinə görə, təyyarənin dərc olunmuş fotolarına əsasən, təyyarənin quyruq hissəsində müəyyən zədələr var ki, bu da açıq şəkildə xarici təsirdən xəbər verir.
O vurğulayır ki, bu halda quşlardan danışa bilmərik, çünki belə “toqquşmalar” tamamilə fərqli izlər buraxır:
“Yəni söhbət konkret partlayıcı qurğudan gedir, ya zenit raketidir, ya “hava-hava” raketidir, ya da hansısa partlayıcı qurğudur... Axı biz fotoya baxanda görürük, metal xaricə deyil, içəriyə doğru zədələnib. Bu, partlayışın təyyarədən kənarda baş verdiyini göstərir, lakin biz ən azı ilkin araşdırmanı başa vurduqdan sonra nəticələrin səbəbləri barədə ətraflı məlumat əldə edəcəyik”.
O əlavə edib ki, radio-elektron mübarizə vasitələri təyyarənin naviqasiya sisteminə - GPS-ə təsir göstərə bilərdi, ona görə də pilot ən uyğun aerodroma uçmağa məcbur olub. Ekspert həmçinin bildirib ki, təyyarənin məqsədyönlü yönləndirilməsi ehtimalı da var - aqressor ölkə sərnişin təyyarəsini bilərəkdən məhv etmək və ya zədələmək istəməsi də istisna deyil. Səbəb isə özünü müdafiə etmək üçün pilotsuz təyyarələr buraxan Ukraynanın guya günahkar olduğunu “göstərmək”dir.
Eyni zamanda Dolince qeyd edir: "Beynəlxalq Aviasiya Qanununa əsasən, bu məkana nəzarət edən dövlət hava məkanından təhlükəsiz istifadəyə cavabdehdir. Belə bir vəziyyətdə qərar - səmanı bağlamaq və ya bağlamamaq - yalnız Rusiya Federasiyasından asılıdır.
Mütəxəssis "Əgər Rusiya səmanı bağlamadısa, deməli, onun hava məkanında və aerodromlarında baş verən hər şeyə görə məsuliyyət daşıyır" deyib.
22:56 / 28 Avqust 2026
8
22:32 / 28 Avqust 2026
40
22:12 / 28 Avqust 2026
52
21:45 / 28 Avqust 2026
56
21:09 / 28 Avqust 2026
68
20:50 / 28 Avqust 2026
85
20:40 / 28 Avqust 2026
90
20:07 / 28 Avqust 2026
77
19:53 / 28 Avqust 2026
98
19:29 / 28 Avqust 2026
81
19:26 / 28 Avqust 2026
304
19:16 / 28 Avqust 2026
386
19:09 / 28 Avqust 2026
84
18:47 / 28 Avqust 2026
95
18:30 / 28 Avqust 2026
94
18:21 / 28 Avqust 2026
533
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
77
17:59 / 28 Avqust 2026
101
17:40 / 28 Avqust 2026
76
17:30 / 28 Avqust 2026
196
17:15 / 28 Avqust 2026
88
16:59 / 28 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.