Qaynar xətt:

(+99450) 247 90 86

Yağış yağacaq, duman olacaq - PROQNOZ

REDAKTORUN SEÇİMİ

235

22.02.2024, 13:16

Fevralın 23-də Azərbaycanda gözlənilən hava pronozu açıqlanıb.

 

Milli Hidrometerologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

 

Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq.

 

Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.