Qızılın qiyməti dəyişdi
20 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
4625
11.07.2025, 13:54
Azərbaycan Mərkəzi Bankı banklarda likvidlik risklərinin daha effektiv idarə olunması məqsədilə “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişiklik edib.
Dəyişikliklər bankların likvid mövqeyinin daha güclü formalaşdırılmasına, həmçinin real iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının qorunmasına xidmət edir. Əsas yeniliklərdən biri kimi likvidliyin örtülmə əmsalının (LCR) həm milli valyuta, həm də ümumi əsasda tətbiqi nəzərdə tutulur. Sistem əhəmiyyətli banklar üçün LCR əmsalı milli valyuta üzrə ilkin olaraq 50%-dən başlayaraq 2027-ci il iyunun 1-dək 100%-ə çatdırılmalıdır. Digər banklar üçün bu göstərici 40%-dən başlayaraq həmin ilin dekabrınadək 100%-ə qədər artırılacaq.
Maraqlıdır, likvidlik risklərinin idarə olunması ilə bağlı tələbləri sərtləşdirməsi bank sektorunu necə təsir edəcək?
Məsələ ilə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov bağlı News24.az-a açıqlamasında bildirib ki, bu qərar ölkə bank sisteminin dayanıqlığını artırmaq baxımından mühüm addımdır:
“Bizim kimi inkişafda olan ölkələrin iqtisadiyyatlarında bank sektorunda müəyyən likvidlik riskləri mövcud olub. Likvidlik – bankın əlində olan aktivlərin dəyər itirmədən tez bir zamanda pula çevrilə bilməsi qabiliyyətidir. Əgər banklarda bu imkan zəifdirsə, sistem daxilində problemlər yarana bilər. Bu baxımdan, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar olduqca yerində və zamanında atılmış addımdır”.
Asif İbrahimov əlavə edib ki, likvidlik riskinin idarə olunması üzrə beynəlxalq təcrübədə bir sıra standartlar tətbiq olunur və Azərbaycan da bu istiqamətdə uyğunlaşdırılmış addımlar atır:
“Əsas məqsəd ondan ibarətdir ki, əgər hər hansı bankda problem yaranarsa, onun aktivləri bazarda tezliklə, dəyər itirmədən realizə edilə bilsin. Əmanətçilərin hüquqlarının qorunması, maliyyə sabitliyi və sistemin davamlılığı bu tip yanaşmalardan keçir. Bu baxımdan, bankların yüksək keyfiyyətli likvid aktivlər portfelini genişləndirməsi, likvidliyin örtülmə əmsalının mərhələli tətbiqi mühüm tənzimləmə alətidir".
Qeyd edək ki, yeni tələblər 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.
20:17 / 20 Oktyabr 2026
27
20:12 / 20 Oktyabr 2026
40
20:01 / 20 Oktyabr 2026
219
20:00 / 20 Oktyabr 2026
54
19:54 / 20 Oktyabr 2026
52
19:48 / 20 Oktyabr 2026
58
19:41 / 20 Oktyabr 2026
87
19:39 / 20 Oktyabr 2026
226
19:28 / 20 Oktyabr 2026
64
19:17 / 20 Oktyabr 2026
73
19:05 / 20 Oktyabr 2026
65
18:56 / 20 Oktyabr 2026
82
18:46 / 20 Oktyabr 2026
66
18:34 / 20 Oktyabr 2026
63
18:26 / 20 Oktyabr 2026
73
18:20 / 20 Oktyabr 2026
77
18:14 / 20 Oktyabr 2026
82
18:01 / 20 Oktyabr 2026
97
17:50 / 20 Oktyabr 2026
123
17:20 / 20 Oktyabr 2026
102
17:10 / 20 Oktyabr 2026
93
16:59 / 20 Oktyabr 2026
94
16:57 / 20 Oktyabr 2026
1152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.