İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi
20 Oktyabr 2026, 18:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3433
11.07.2025, 14:04
1986-cı il, martın 2-də Göyçay rayonunun Şah Sultanlı kənd sakini Erastun Nuriyevin evində yanğın baş verir. Ev qısa müddətdə yanaraq külə dönür. Alov o qədər güclü idi ki, heç kim yaxınlaşıb yanan evə bir vedrə su tökməyə imkan tapa bilməmişdi. Bu vaxt kənd sakinlərindən biri deyir: "Görəsən Erastun evdədir?" Erastun görünmürdü.
Nəhayət, yanğını söndürmək üçün gələnlər hadisə yerinə çatdılar və alovu söndürməyə başladılar. Artıq milis işçiləri də hadisə yerinə gəlmişdi. Alov səngidikdən sonra camaatın köməyi ilə yanğın yeri daş, torpaq və dəmir qırıntılarından təmizləndi.
Ərəstun meyiti yanmış evin qalıqları altından tapıldı. Yataq paltarında idi. O, lal və kar olduğundan güman edirlər ki, yuxulu olub, yatağında odun sobasını söndürməyib, gecə yarısı döşək, yorğan alışıb və Erastun da evdən çıxmağa imkan tapmayıb. Ekspertizanın nəticəsində məlum oldu ki, güclü yanğına məruz qalsa da, meyitin baş və çənə nahiyəsində dərin yaralar var. Üstəlik bu yaralar yanğından əvvəl yaranıb. Bu da onu göstərirdi ki, kimsə və ya kimlərsə yanğından əvvəl Erastunun evində olub, onu küt alətlə öldürüb və sonradan izləri ört-basdır etmək məqsədilə evi yandırıblar. Deməli, burada adi yanğından söhbət gedə bilməzdi. Əvvəlcədən düşünülmüş, ölçülüb-biçilmiş şəkildə qətl törədilmişdi. Beləliklə, prokurorluq fakt üzrə cinayət işi açdı.
Xüsusi əməliyyat qrupu yaradıldı. Mart ayının 2-də ilkin istintaq başladı.
İstintaq edilən cinayət çərçivəsində, ilk növbədə cinayətin açılması üçün hadisə yerinə baxıldıqdan sonra zərərçəkmiş şəxsin – Erastunun – şəxsiyyəti müəyyən olunmalı idi. Belə ki, bu cür qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərində zərərçəkmiş şəxsin portreti mütləq müəyyən edilməlidir. Yəni onun haqqında bütün məlumatlar toplanmalı, xarakteri, həyat tərzi, verdikləri vədlər, qonşularla münasibəti, qohumlarla münasibəti, həmçinin iş fəaliyyəti ilə bağlı münasibətdə olduğu şəxslərin dairəsi aydınlaşdırılmalı idi.
11 il bağlı qalan cinayət işinin davamı videoda:
20:17 / 20 Oktyabr 2026
27
20:12 / 20 Oktyabr 2026
40
20:01 / 20 Oktyabr 2026
219
20:00 / 20 Oktyabr 2026
54
19:54 / 20 Oktyabr 2026
52
19:48 / 20 Oktyabr 2026
58
19:41 / 20 Oktyabr 2026
87
19:39 / 20 Oktyabr 2026
226
19:28 / 20 Oktyabr 2026
64
19:17 / 20 Oktyabr 2026
73
19:05 / 20 Oktyabr 2026
65
18:56 / 20 Oktyabr 2026
82
18:46 / 20 Oktyabr 2026
66
18:34 / 20 Oktyabr 2026
63
18:26 / 20 Oktyabr 2026
73
18:20 / 20 Oktyabr 2026
77
18:14 / 20 Oktyabr 2026
82
18:01 / 20 Oktyabr 2026
97
17:50 / 20 Oktyabr 2026
123
17:20 / 20 Oktyabr 2026
102
17:10 / 20 Oktyabr 2026
93
16:59 / 20 Oktyabr 2026
94
16:57 / 20 Oktyabr 2026
1152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.