Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
20 Oktyabr 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1499
10.07.2025, 23:54
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Polimer nano və aktiv kompozitlər fizikası" laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.
Oxu24.com xəbər verir ki, 1941-ci il iyunun 20-də Lənkəranın Tütəpeştə kəndində anadan olan Mirzə Əbdül oğlu Qurbanov 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib. Elmi fəaliyyətinə 1967-ci ildə AMEA Fizika İnstitutunda böyük mühəndis kimi başlayan alim 1968-ci ildə aspiranturaya qəbul olunub və daha sonra təhsilini Moskva Atom Enerjisi İnstitutunda davam etdirib.
1974-cü ildə "Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib. Alimin elmi axtarışları polimer kompozitlərin elektrik, istilik və elektromexaniki xüsusiyyətlərinin öyrənilməsinə yönəlib. Bu sahədə qazandığı uğurlara görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.
1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edən Mirzə Qurbanov 1993-cü ildə professor elmi adını alıb. Uzun illər elmi və elmi-təşkilati fəaliyyətinə görə 2015-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub, 2017-ci ildə isə "İlin nüfuzlu ziyalısı" Ali media mükafatına layiq görülüb. Onun elmi nailiyyətləri beynəlxalq aləmdə də tanınıb və o, Nobel mükafatına dəvət edilib.
21:51 / 20 Oktyabr 2026
29
21:47 / 20 Oktyabr 2026
92
21:42 / 20 Oktyabr 2026
46
21:39 / 20 Oktyabr 2026
94
21:33 / 20 Oktyabr 2026
137
21:28 / 20 Oktyabr 2026
23
21:22 / 20 Oktyabr 2026
168
21:17 / 20 Oktyabr 2026
57
21:15 / 20 Oktyabr 2026
52
21:06 / 20 Oktyabr 2026
59
21:03 / 20 Oktyabr 2026
56
21:00 / 20 Oktyabr 2026
56
20:55 / 20 Oktyabr 2026
48
20:50 / 20 Oktyabr 2026
69
20:43 / 20 Oktyabr 2026
57
20:34 / 20 Oktyabr 2026
63
20:17 / 20 Oktyabr 2026
70
20:12 / 20 Oktyabr 2026
99
20:01 / 20 Oktyabr 2026
562
20:00 / 20 Oktyabr 2026
68
19:54 / 20 Oktyabr 2026
64
19:48 / 20 Oktyabr 2026
70
19:41 / 20 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.